Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.
"APA-Economics"in məlumatına görə, oktyabrın 1-də ləğv edilmiş Xüsusi rejimli vergi xidməti departamentinin rəisi Zaur Fətizadə nazir Fazil Məmmədovun müşaviri təyin edilib.
Nazirlikdən “APA-Economics”ə bu faktı təsdiqləyiblər.
Xatırladaq ki, oktyabrın 1-də Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edilərək, Bakı Vergilər Departamentinə birləşdirilib, Departamentin tərkibində Xüsusi rejimli vergi xidməti idarəsi yaradılıb.istiqlal.az