İŞİD ələ keçirdiyi şəhərləri minalayır

25-06-2014, 12:58   
İŞİD ələ keçirdiyi şəhərləri minalayır"İraq Şam İslam Dövləti" təşkilatı ələ keçirdiyi şəhərlərə gedən yolları minalayır.
Bağdad rəhbərliyi İŞİD qarşısında çarəsiz qaldığı halda, vəhabilərə ən böyük əngəl İraq Regional Kürd Rəhbərliyi sayılır.
Peşmərgələr İŞİD-ə qarşı mübarizə aparacaqlarını, geri addım atmayacaqlarını bildirirlər. Onlar Bağdad rəhbərliyinin İŞİD-ə İraqda qırğınlar törətməyə icazə verdiylərini söyləyirlər.
İraq Kürd Rəhbərliyinin bildirdiyinə görə, İraq ordusu qaçmaqla bütün silah-sürsatları İŞİD-ə buraxıb və işğala bir növ yardımçı olub. Həmçinin qeyd edilir ki, kürd rəhbərliyi ordunun silahlarını ələ keçirməsəydi, İŞİD götürəcəkdi və bu da böyük qırğınlara səbəb olacaqdı. /Axar.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.