“ABŞ-a tezliklə qadın prezident rəhbərlik eləməlidir”

25-06-2014, 13:02   
“ABŞ-a tezliklə qadın prezident rəhbərlik eləməlidir”ABŞ prezidentinin xanımı Mişel Obama Fəhlə Ailələrinin Partiyasının sammitində Birləşmiş Ştatlara qadının rəhbərlik eləməli olduğunu bəyan edib. Musavat.com-un CBC Nes-a istinadən verdiyi xəbərə görə, Ağ Evdəki tədbirdə birinci ledi “ölkənin irqindən, cinsindən, sosial-iqtisadi statusundan asılı olmayaraq bu işin öhdəsindən daha yaxşı gələn şəxsə ehtiyacı olduğunu” deyib.
“Ölkəyə qadın başçılıq eləməlidirmi” sualına cavabında Mişel Obama bildirib ki, “bu, lap tez olmalıdır”. Obama əlavə edib ki, özü siyasətlə məşğul olmağı planlaşdırmır. O, Amerikanın cinsindən asılı olmayaraq böyük təcrübəyə malik liderin gərək olduğunu söyləyib.
Az öncə sabiq dövlət katibi və keçmiş birinci ledi Hillari Klinton bəyan eləmişdi ki, ABŞ Almaniyanın yolu ilə getməli və dövlətin başına qadın gətirməlidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.