Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əli İnsanov Mandeladır yoxsa...? - Sensasion pərdəarxası...

8-05-2019, 08:48   
  

Azərbaycan regional münaqişələrə cəlb edilməsə də, regiondakı gərgin proseslərin, kataklizmlərin əsən rüzgarının yelini hiss etməkdə, özünü mümkün təhlükələrdən qorumaqdadır.
Elə bu yaxınlarda ABŞ Dövlət Departamenti “Hizbullah”ın fəal olduğu ölkələr arasında Azərbaycanın da adını çəkmişdi.
Ardınca qəfil peyda olan İŞİD lideri əl Bağdadinin savaş coğrafiyasında Qafqaz xüsusi göstərilirdi.
Azərbaycan ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasında müttəfiqlərindən biridir.
Amma ekstremizm təhlükəsindən əlavə, siyasi kataklizmlər, təhdidlər, bəzi keçmiş postsovet ölkələrinin demokratikləşməsi regionda hər zaman hakimiyyəti ayıq-sayıq olmağa çağırır.
Qərbin sanksiyalarından çalxalanan və “barıt çəlləyi”nə çevrilən İran, Zelenskinin hakimiyyətə gətirilməsi ilə plastdarma çevrilən Ukrayna, habelə Rusiya və Türkiyənin anti - Amerikan birliyi regionun siyasi coğrafiyasında ciddi dəyişikliklər olacağını göstərir.
Bu geosiyasi hadisələr Azərbaycan hökumətini islahatlara, çoxdan arzulanan dəyişikliklərə vadar edirdi. Hakimiyyət texnoloqları va-bank siyasətin tarana apardığını hesablamağa başlamışdılar.
O üzdən bu ilin əvvəlindən start götürən islahatlar, prezidentin problemli kreditlərdən tutmuş qan pulu ala bilməyən şəhid ailələrinə qədər şikayətlərini həll eləməsi, xalqın içində olmaq strategiyası iqtidara olan münasibəti dəyişdi, tamamilə nüfuzunu itirmiş bir hakimiyyətə xalqın inamını bərpa elədi.
Anaxeber.info yazır ki, belə bir şəraitdə rəsmi Bakı islahatların pik nöqtəsi olan və ölkənin demokratikləşmə prosesini tətikləyən Avropa Birliyi ilə mayın 13-də saziş imzalamağa hazırlaşırdı.
Bu saziş həm prezident İlham Əliyevin, həm xalqın, həm siyasi partiyaların, QHT-lərin, mətbuatın ürəyincə idi.
Yeni saziş seçki islahatlarına getməyin, media azadlığının, müxalifətin siyasi fəaliyyət spektrinin genişlənməsinin, prezidentin status-kvo tərəfdarı olan köhnə komanda ilə tezliklə vidalaşmasının qarantı olacaqdı.  
Amma spiker Oqtay Əsədovun Rusiya Federasiyası Federal Məclisi sədri xanım Valentina Matviyenko ilə Moskvada görüşdən qayıdandan sonra parlamentdəki çıxışı, AB ilə saziş barədə açıqlaması və məlumatın dərhal onlayn mediadan yığışdırılması xəbər verirdi ki, iqtidar içində islahatların əleyhinə çox güclü bir qanad və şəbəkə fəaliyyətdədir.
Onlar AB ilə sazişin özlərinin sonu olacağını yaxşı dərk edirdilər və bunun Kremlin maraqlarına xidmət etdiyini yaxşı bilirdilər.
Bu səriştəli şəbəkə hakimiyyət daxilində getdikcə güclənən islahatçı qrupların əleyhinə qara piar aparır, mediada kampaniya təşkil edir, həmçinin siyasi müxalifətdə özlərinə yaxın dəstələri fəallaşdırırlar.
Əfsus ki, mayın 13-də AB ilə saziş imzalanmayacaq, məsələ yenə uzanır. Ölkənin inkişafı, demokratikləşməsi, korrupsiyadan xilası, nisbətən azad seçki keçirilməsi (müxalifətin parlamentdə fraksiyası, dövlət idarəçiliyində müəyyən iştirakı, bələdiyyələrdə rolu, mediada güclənməsi, efirə buraxılmaq və s.) bu müqavilədən asılı idi.
Yeri gəlmişkən, AB ilə saziş iqtisadi sferada Azərbaycanın və hakimiyyətin xeyrinəydi. Lakin həmin qüvvələrin gücü prosesə kifayət qədər müdaxilə etmək iqtidarına malikdir.
Bunun davamı isə sabiq səhiyyə naziri, odioz fiqur, özünü Nelson Mandela hesab edən, traybalist, regionçu və tayf-klan təfəkkürü ilə yaşayan Əli İnsanovun siyasi arsenala buraxılması, tirajlanması, ona maya qoyulmasıdır.
Halbuki, Ə.İnsanov personası meydana çıxmasaydı, öləziməkdə olan köhnə qvardiyadan daha bir neçə nazir yaxın aylarda vəzifəsini itərəcəkdi. Lakin Ə.İnsanovun siyasi poliqona çıxması, müxalif təşkilat elan edəcəyini anons verməsi onun mövcudluğunun tərəfdarı olanların nəinki ürəyincədir, iki əlli alqışlayırlar, pıçhapıçla sevinclərini bölüşürlər.
Çünki Ə.İnsanovun hakimiyyətə qarşı təşkilatlanması, Qərbi Azərbaycanlı elektoratdan yanına alması məhz istefası gözlənilən bəzi nazirlərin vəzifədə hələ bir müddət qalması, iqtidarda siyasi təsirlərinin qalmasına gətirib çıxaracaq.
Bəli, İnsanov məhz maşa rolunu oynayır, əks-inqilabçıdır, reformaların tormozlayıcı fiqurudur və özü kimi düşünən korrupsioner, iyerarxik aparatın qalmasını arzulayanların əlinə oynayır.
Bu baxımdan onun perspektivi yoxdur. Və Mandela imicini formalaşdırmaq cəhdləri qətiyyən alınmayacaq. Əvvəla onun korrupsioner keçmişi var, içindəki hikkəsi simasında əksini tapır, nazir olduğu dövrdə səhiyyəni morqa çevirib, müxalifətə və azad mətbuata düşmən kəsilib.
Bu halda heç bir müsbət personaj və ya lider obrazını qazanmaq fürsəti yoxdur. O, sadəcə, müəyyən dairələrin ürəyindən xəbər verən və şəxsi qisasını almaq hissi ilə alışıb-yanan qoca marionetkadır.
Əslində İnsanovun təşkilat yaratması hardasa islahat tərəfdarı olanları qane edir. Ona görə ki, bu mənzərəni müqayisə etmək imkanı olan siyasi zümrə pislə ən pis arasında seçim etməli olacaq.
Belədə isə ən pis Şər obrazında görünəcək. Sadəcə, texnoloqlar İnsanova qarşı son hücumlardan nəticə çıxarıb bəsit, bayağı görünən kampaniyanı dayandırmalı, daha rasional və strateji siyasət yürütməlidirlər ki, İnsanov yerində çabalasın...
Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar