Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Elmar Vəliyev baş memarı döyüb?

26-06-2014, 12:52   
Elmar Vəliyev baş memarı döyüb?Gəncə merinin villası ilə bağlı qalmaqallar artır

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev haqqında anaxeber.info-a ilginc məlumat daxil olub. Şəhər icra hakimiyyətinə yaxın mənbələrdən saytımıza ötürülən məlumata görə bir müddət öncə E.Vəliyevlə baş memar Əli Rüstəmli arasında insident baş verib. Daha doğrusu icra hakimi baş memara bərk qəzəblənib və onu vurub.
Baş verənlər haqda anaxeber.info-ı məlumatlandıran mənbənin sözlərinə görə qarşıdurma şəhər icra başçısının Mixayılovkadakı villasına görə yaranıb: "Dəbdəbəli villası ilə bağlı nədənsə narazı olan mer baş memara oz narazılığını bildirib. Ə.Rüstəmli sakit tərzdə izahat vermək istərkən isə E.Vəliyevin qəzəbi daha da artıb və tabeçiliyindəki məmuru vurub."
Mənbə anaxeber.info-a Elmar Vəliyevin sözügedən villası haqda da ətraflı məlumat verib: "Göygöl rayonun Mixayılovka və Yeni Zod kəndlərinin bələdiyyələrin sosial prespektivi üçün nəzərdə tutulan 3 ha torpaq sahəsi Elmar Vəliyev tərəfindən zəbt edilib. İki kənd Elmar Vəliyev burada özünə böyük bir qəsr tikdirəndə su üzünə həsrət qalıb. Hacıkənd istirahət mərkəzinə bitişik olan Alma bağı ərazisində kəndə gələn 4 km su boru xətti ancaq Elmar Vəliyevin villasının baseyininə axır." Elmar Vəliyevin Göygölün Mixaylovka və Yeni Zod kəndlərinin kəsişməsində olan villasının şəkilini təqdim edirik.
Qarşı tərəfin də mövqeyini təqdim etməyə hazırıq"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar