Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Qanuni oğru“ təyyarədə qeybə çəkildi

27-06-2014, 10:25   
“Qanuni oğru“ təyyarədə qeybə çəkildiTiflisdə 21 iyunda Ukraynadan deportasiya edilmiş "qanuni oğru”nun itkin düşməsi ilə əlaqədar qalmaqal yaranıb.
Həmin "qanuni oğru” Remen ləqəbli 50 yaşlı Roman Barbakadzedir. Barbakadzeni hava limanının gəliş zalında gözləyən DİN əməkdaşları onu təyyarənin sərnişinləri arasında tapmayıblar. Xatırladaq ki, dəfələrlə məhkum olunmuş "qanuni oğru" Roman Barbakadze bir həftə öncə Ukrayna DİN-in Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, polislərə Qırğızıstan vətəndaşı Ramin Alxazov adına olan pasport göstərib. Saxlanılan şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra məlum olub ki, o, oğru dünyasına mənsubdur və Gürcüstan DİN-in xətti ilə axtarışdadır.
Buna görə də iki gün sonra Barbakadzeni vətəninə göndəriblər. Burada onu elə hava limanındaca qandallamalı idilər. Lakin ,deyilənə görə, polisləri Gürcüstan DİN-nin Baş müfəttişliyindən olan əməkdaşları qabaqlayıblar. Onlar "qanuni oğru”nu düz təyyarənin salonundan götürüb, naməlum istiqamətə aparıblar./aznews.az /

[media=http://www.youtube.com/watch?v=S-T1kSenAGE]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar