Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Salyan VTEK-in həkimi vətəndaşı necə aldadıb?

2-07-2014, 12:10   
Kamran Həsənov Əliəkbər Əkbərovu, o isə kollec direktorunu ittiham edir
“Mənə və valideynlərimə orta ixtisas məktəbinə düzəldiləcəyimi vəd edərək “atıb”lar. Hazırda hara və necə müraciət edəcəyimi bilmirəm. Belə mübahisəli məsələlərin operativ həllinə nail olmaq üçün yeni bir qurumun yaradılmasına etiyac var”. Bu sözləri Salyan rayon Xocalı kənd sakini Kamran Həsənov deyib.
Şikayətçinin bildirdiyinə görə atası Fəxrəddin Həsənov 2010-cu ilin iyun ayında onu texnikumlardan birində oxutmağa qərar verir. Və bu işdə özünə yol göstərəcək, məsləhət verə biləcək adam axtarıb. Bələdçi isə dərhal tapılıb.
Fəxrəddin Həsənovu çoxdan tanıyan Salyan rayonlararası məhkəmə tibbi ekspertiza kommisiyasında həkim vəzifəsində çalışan Əliəkbər Əkbərov bu işi asanlıqla qaydasına qoya biləcəyini bildirir.
Özünün Mingəçevir Turuzim kollecində rəhbər şəxslərlə yaxın əlaqəsinin olduğunu bildirən Əliəkbər həkim Kamranın atasına 3 gün ərzində kollec rəhbərliyiylə danışıb nəticə barədə məlumat verəcəyini deyir: “Üç gün olub bir həftə, sonda gəlib atama dedi ki, danışmışam, hər şey qaydasındadır. 4.650 manat məktəbə, 150 manat da mənə yol pulu versəniz, 3 ildən sonra diplomu gətirib sizə öz evinizdə təslim edərəm. Razılaşmaya əsasən atam ona 4800 manat pul, bir də mənim sənədlərimi verib”.
Maraqlıdır ki, bu sövdələşmədən 1 il keçməmiş Kamran Həsənovu hərbi xidmətə çağırırlar. “Abituriyent”də ilk şübhə də məhz o dövrdə yaranır. Şübhələrini dilə gətirəndə Əliəkbər həkim gənci sakitləşdirib hər şeyi yoluna olduğunu deyir: “Halbuki dəqiq bilirdim ki, 9 illik şəhadətnamə ilə texnikuma daxil olanların möhlət hüquqi olduğundan məktəbi qurtarana qədər hərbi xidmətə getmirlər. Mən isə getdim. Hərbi xidmətdən qayıdandan sonra (atam hal hazırda müvəqqəti azadlıqdan məhrum edildiyi üçün cəzaçəkmə müəssisəsində olduğundan) özüm məsələnin aqibəti ilə maraqlandım. Əmin oldum ki, Əliəkbər həkim bizə “atıbmış”.
Şikayətçinin bildirdiyinə görə hər dəfə diplomun taleyini sorüşanda müxtəlif bəhanələr gətirən Əliəkbər həkim nəhayət, çuvalduzu çuvalda gizlətməyin heç bir fayda verməyəcəyini anladığından Həsənovlar ailəsinə aldadıldıqlarını etiraf etmək məcburiyyətində qalır.
Amma bu dəfə də suçu öz üstündən ataraq Mingəçevir Turizm Kollecininin direktoru Əyyub Əyyubovu günahlandırır. Bildirir ki, guya pulu Mingəçevir Turizm Kollecininin direktoru Əyyub Əyyubova verib indi isə geri ala bilmir.
Əliəkbər həkimin bu etirafından sonra dərdli başını tutub redaksiyamıza pənah gətirən Kamran Həsənov üzünü ölkə ictimaiyyətinə tutub soruşur: “Mən nə edim? İlk dəfədir ki, belə haqsızlıqla qarşılaşdığımdan kimə, hara müraciət edəcəyimi bilmirəm. Odur ki, sizin vasitənizlə hər kəsə müraciət edirəm. Dərdimə çarə tapılmasında mənə yol göstərin. Əliəkbər həkimdən pulumun geri alınmasında yardımçı olun”. (infom.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar