"Thomson Reuters IP & Science" elmi araşdırmalar mərkəzi 2025-ci ilə kimi hansı kəşflərin olacağını təxmin edib.
10 il sonra ruhi və sinir xəstəliklərinin insanlar arasında azalacağı ehtimal olunur. Sinir sistemini korlayan patogen xromosomların qarşısını almaq üçün yeni kəşf əldə olunacaq. Nəticədə bu tip xəstəliklərin diaqnoz və müalicə müddəti azalacaq.
2025-ci ildə günəş enerjisi dünyanın ən böyük enerji qaynağı halına gələcək. Müxtəlif yollardan əldə ediləcək günəş enerjisi evlərimizi qızdırmaq və isti su əldə etmək üçün istifadə edilə biləcək. Elektron alətlərin belə günəş enerjisi ilə çalışacağı günlər də çox uzaqda deyil.
Erkən yaşda özünü büruzə verən diabet xəstəliyi hazırda yüksəkdir və getdikcə artan bir xəstəlikdir. "Thompson Reuters" diabet xəstələrinə gələcəkdə insulin iynəsinin vurulmayacağını iddia edir. Genetik tənzimləmə və müalicələr bu xəstəliyə səbəb olan genləri təsirsiz hala gətirəcək və xəstəliyin irsi keçidinin qarşısını alacaq.
Dərman müalicələrində zəif nəticələr alınması məsələsi də 2025-ci ildə sona çatır. İnsanların müalicəsi üçün xüsusi dərmanlar istehsal olunacaq. Bu dərmanlar hazırki dərmanlardan təsirinə və gücünə görə daha effektli olacaq. Sinə və ağciyər xərçəngi kimi xəstəliklər isə tarixə qarışacaq.
"Thompson Reuters" in proqnozlarına görə, plastik tullantılar 2025-ci ildə ümumiyyətlə olmayacaq. Hesabata görə, yemək və içki qabları yaxın gələcəkdə tamamilə bitkilərdən əldə edilən sellülozadan hazırlanacaq.
Hesablamalara görə, elektrik enerjisi ilə işləyən kiçik təyyarələr çox yaxında səmada dolaşacaq.
Şüalanma yalnız filmlərdə gerçək olur deyirsinizsə yanıla bilərsiz. Çünki şüalanma ilə əlaqədar yeni kəşfləri eşitməyə çox az qalıb. "Thompson Reuters" 2025-ci ildə kvant şüalama texnologiyasının test ediləcəyini iddia edirlər (ans press).