Bakıda qardaş və bacı koronavirusdan öldü

4-06-2020, 10:46   

 

3.7 K

Məlum olduğu kimi, bir gün əvvəl Azərbaycanda 273 yeni koronavirus infeksiyası aşkar edilib və daha üç nəfər ölüb.

KONKRET.az xəbər verir ki, dünən dünyasını dəyişən COVID-19 xəstələrindən ikisi 1954 və 1956-cı il təvəllüdlü qardaş və bacı olub. Digər bir qardaşın vəziyyəti isə ağırdır – komadadır. Adamda diabet və ürək problemləri var. Onun oğlu da koronavirusa yoluxub, amma vəziyyəti normaldır.

Mərhumun yaxınlarının dediyinə görə, dünyasını dəyişənlər anasının ildönümünə gələn bir qadın tərəfindən koronavirusa yoluxub. Təəssüf ki, Bakıda yaşayan bu ailənin bir koronavirus xəstəsi olması çox gec başa düşülüb və yalnız pnevmoniya başlayandan sonra həkimlərə müraciət edib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.