Azərbaycanda restoranlarda bir neçə toy məclisi keçirilib. Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bakupost.az-a bildirib ki, hazırda videogörüntülərlə bağlı araşdırma aparılır:
“Məsələ nazirliyin diqqətindədir və bununla bağlı ictimaiyyətə açıqlama veriləcək”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağandır.