Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Soyuqdəymə, qrip, yoxsa yeni kovid: Azərbaycanda yayılan virus nədir?

22-11-2023, 15:49   


Soyuqdəymə, qrip, yoxsa yeni kovid: Azərbaycanda yayılan virus nədir?


Son günlər Azərbaycanda yüksək temperatur, öskürək, güclü əzələ ağrıları ilə müşahidə edilən xəstəlik yayılıb.

Bütün bunlar isə vətəndaşların narahatlığına səbəb olub.

Bu virus nədir? Bu soyuqdəymədir, ağır qripdir, yoxsa bu simptomlar altında gizlənmiş elə koronavirusdur?

Virusun geniş yayılması ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev Cebhe.info-ya bildirib ki, pandemiya dövründə koronavirus əhalimizin immun sisteminə zəiflədici təsirlər göstərib:

“Bu günlərdə ölkədə virus, bakteriya, mikrob, burunla əlaqədar olan reoviruslar tüğyan edir. Başqa canlıların törətdiyi viruslar yayılmaqda davam edir. Viruslar bizim biokimyamızda dəyişikliklər törətdiyi üçün qızdırma, üşütmə, baş ağrıları, oynaq ağrıları müşahidə edilir. Koronavirus insan bədəninə sarsıdıcı zərərlər vurub, lakin hazırki virusu “korona” adlandırmaq yanlış olar.

Virusların artmasının mövsüm dəyişikiliyi ilə birbaşa əlaqəsi var. Havaların tez-tez dəyişkən olması insanlara mənfi təsir edir, bədəni zəiflədir. Hava çirkliliyinin, ekoloji problemlərin də immun sisteminə zərələri var. Bu problemlər həm də siqaret çəkənlərdə daha qabarıq olur. Bunların hər birini nəzərə almalıyıq”.

Eyni zamanda Aydın Əliyev immun sisteminin gücləndirməyin yollarından da danışıb:

“Bildirim ki, immun sistemi insan orqanizmin vacib sistemlərdən biri olub, orqanizmin müxtəlif infeksion agentlərdən spesifik müdafiəsini təmin edir. İnsan və təbiət əlaqələri normal olmalıdır. İnsanlar keyfiyyətli qidalarla qidalanmalıdır. Keyfiyyətli qidalar dedikdə çox yeməyi yox, çox hərəkətcil olub, sərf edilən enerjiyə uyğun qida qəbulunu nəzərdə tuturam.

Yeməkdən əvvəl tərəvəz yemək faydalıdır. Bu, yediyimiz qidaların həlli üçün lazımdır. Gündə 1-2 litr litr maye qəbul etmək vacibdir.

Rəngli sulardan, ayaqüstü yeyilən qidalardan uzaq durmaq lazımdır. Yuxu rejimi normal olmalıdır.  Bunların hər biri immun sistemimizə təsir edir, nəticədə mikroblara qarşı daha güclü oluruq”.

Ləman İsmayıl
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar