Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məşhur həkimdən SOS: Azərbaycanda epidemiya var

23-11-2023, 17:28   


Məşhur həkimdən SOS: Azərbaycanda epidemiya var


Son günlər Azərbaycanda qızılcaya yoluxanların sayında kəskin artım müşahidə olunur.

Hətta qızılcadan ölüm halı da qeyd olunub.

Belə ki, bir həftəyə yaxındır qızılcaya yoluxan və qızdırması düşməyən, rayonun Qağacılı kənd sakini, dörd yaşlı Rüfət Roman oğlu Qəribli xəstəxanaya gətirilərkən dünyasını dəyişib.

Cəlilabadda isə 10 tələbənin qızılcaya yoluxduğuna dair xəbər var.

Xəstəliyin bu qədər geniş yayılması ilə əlaqədar pediatr Aytən İsmayılzadə Cebhe.info-ya açıqlamasında bildirib ki, peyvəndlənmə vaxtında edilməli idi:

“Qızılca öldürücü xəstəlikdir və hazırda sürətlə yayılır. Mənə müraciət edən xəstələr arasında qızılcaya yoluxanların sayı həddindən artıq çoxdur. Mövcud vəziyyəti artıq epidemiya adlandırmaq olar”.

Həkim bildirib ki, ən çox uşaqlarda rast gəlinən qızılcanın qarşısını almaq üçün xəstəlik olan siniflər onlayn dərs rejiminə keçməlidir:

“Qızılcaya yoluxmuş şəxslər və onların ailələri karantində olmalıdır”.

Xatırladaq ki, qızılca kəskin yoluxucu virus xəstəliyidir. Qızılca virusu - Palynosa morbillarum strukturuna və bioloji xassələrinə görə Paramyxoviridae ailəsinə mənsub olub RNT tərkilidir. Təbii şəraitdə yalnız insanlar xəstələnirlər.

56 C -də virus 2 - 3 dəqiqəyə məhv olur.Günəş işığının təsiri və ultrabənövşəyi şüalara qarşı daha həssasdır. Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, 1 yaşdan 4 - 5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir.

Ləman İsmayıl

Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar