Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ölüm bahasına kuryerlik: Moped qəzalarının sayı niyə artır?

25-11-2023, 13:08   


Ölüm bahasına kuryerlik: Moped qəzalarının sayı niyə artır?


Azərbaycanda son vaxtlar kiçik həcmli motora malik mopedlərin, motosikletlərin və skuterləri iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur.

Ölkəmizdə daha çox kuryer işi ilə məşğul olanlar bu nəqliyyat vasitələrindən istifadə edir. Əsas problem isə skuter, moped və motosiklet sürücülərinin magistralda digər nəqliyyat vasitələrinə mane olmasıdır. Onlar avtomobillərin arasında hərəkət edərək həm öz, həm də digərlərinin həyatını təhlükəyə atırlar.

Maraqlıdır, qəzaların qarşısını almaq üçün nə etmək lazımdır?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, moped və motosiklet qəzalarının çox olma səbəbi məhz bu sahədə təbliğatın az aparılmasıdır:

“Bizdə bu istiqamətdə əhali arasında təbliğat zəif aparılır. Xüsusi ilə rayonlarda geniş təbliğata ehtiyac var "Bizdə təbliğat deyəndə "qırmızı işıqda keçməyin, kəməri bağlayın, sərxoş vəziyyətdə maşın sürməyin" və sair kimi fikirlər təkrarlanır. Türkiyədə təbliğat işi ilə ayrıca bir idarə məşğul olur. Azərbaycanda isə təbliğata kifayət qədər vəsait ayrılmır, sosial çarxlar hazırlanmır. Köhnə təbliğat çarxlarının da dövrü keçib”. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli isə bildirib ki, kiçik həcmli motora malik mopedlərin iştirakı ilə baş verən qəzaların aradan qaldırılması istiqmətində vacib işlər görülür:

“Belə ki, bu növ nəqliyyat vasitələrin sürücülərinə qanunda dəyişiklik etməklə ümümi işci həcmi 50 kub/sm və ondan daha az olan, hərəkət sürətinin 50 km-dən çox olarsa, qeydiyyatının və idarə olunmasının sürücülük vəsiqəsi ilə yəni A keteqroyası ilə təmin olunması və ümümi işdə onların sürücü kimi məsuliyyət yaradan halların qarşısını almaq üçün qanunda dəyişiklik edilib. Bu qərarın qəbul edilməsi böyük adımdır”.

Müsahibimiz həmçinin, bu sahədə aparılan təbliğat işlərindəndə danışıb:

“Ötən il moped və motosikletlərin iştirakı ilə baş verən qəzaların qarşısını almaq üçün aparılan təbliğat işi ilə bağlı yol polisinin 30-dan çox sujeti, 100 yaxın maarifləndirici radio verlişləri, mediada 10-dan çox xəbərdarlıq və açıq kontekstdə müraciəti, 6 sosial-analitik verlişdə müzakirələri, real qəza görüntülərinin sosial media seqmentlərində 10-larla paylaşımı , "bilmirsiz öyrədək” uşaqların dili ilə videorolik formasında 10-a yaxın maarifləndirici çarxlar yayımanıb. Bu işlər hazırda da davam etdirilir”.

Həsən Məmmədov
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar