Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Fuad Əliyev: "Biz qalib ölkənin prezidentliyə namizədiyik, qürur duyuram ki, bütöv Azərbaycanda seçki olacaq"

11-01-2024, 10:41   





Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqlayıb. Prezident bunun, ilk növbədə, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirib. O qeyd edib ki, ikinci səbəb müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyini. Dövlət başçısı digər səbəbi isə bu cür izah edib: “Mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”.
Bu fikirlərlə bağlı Anaxeber.info-ya açıqlama verən Prezidentliyə namizədliyi qeydə alınmış Fuad Əliyev bildirib ki, 7 fevral seçkisi hər bir mənada fərqlənir. Prezidentliyə namizəd Fuad Əliyev saytımıza qeyd edib ki, əvvəla, bütöv Azərbaycanda və bütün Azərbaycanda seçki keçiriləcək: "Biz 30 il işğal edilmiş ərazilərimizdə nə prezident, nə parlament, nə bələdiyyə seçkisi keçirmişik. Həmçinin, 30 ildən çox mövcud olmuş xunta rejiminin yerləşdiyi və nəzarət etdiyi Qarabağın yuxarı ərazilərində də bizim suverenliyimiz təmin edilmədiyi üçün seçkilər təşkil edə bilməmişik. Xankəndi və ətraf ərazilərdə qondarma respublikanın qondarma seçkiləri olardı. Yeri gəlmişkən, həmin qondarma dövlətin oyuncaq prezidentləri Bakıda həbsdədir. Bu da tarixi hadisədir. Ona görə biz ilk dəfə bütün Azərbaycanda, azad edilən ərazilərdə seçki keçiririk. Tarixi fürsət və qürurverici hadisədir ki, mən bütövləşən Azərbaycanda keçrilən prezident seçkisində iştirak edirəm. Yəni biz Xankəndi, Xocalıda, Şuşada, hər bir doğma elimizdə seçki məntəqələri görəcəyik, namizəd olaraq o yerlərdəki seçicilərdən səs istəyəcəyik". Fuad Əliyev qeyd edib ki, bu möhtəşəm hadisədir və fəxr ediləcək tarixdir. Prezidentliyə namizəd əmindir ki, seçkilər şəffaf, ədalətli keçiriləcək, beynəlxalq müşahidəçilər də obyektiv qiymət verəcək: "Bu seçki qələbədən sonra vacib idi. Dünya güclü Azərbaycanı görməlidir. Biz namizədlər qalib ölkənin, qalib xalqın namizədləriyik. Dövlətə, millətə, hər kəsə xeyirli-uğurlu olsun!"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar