Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Gömrük Komitəsi "qaş düzəldən yerdə..." - ölkə o videodan danışır

11-03-2024, 07:19   








Dövlət Gömrük Komitəsi "qaş düzəltdiyi yerdə, vurub göz çıxardı" və hələ də sosial media qurumun 8 Mart video çarxını müzakirə edir. Anaxeber.info yazır ki, öz xanım əməkdaşlarını guya "kreativ" şəkildə təbrik edən komitənin video çarxına müxtəlif yanaşmalar var. Əvvəla, həmin kadrlardan görünür ki, həqiqətən də gömrükçülər stress keçirir və bunun özü təsdiqləyir ki, qurumda hansısa neqativ işlər var. Əgər belə olmasaydı, videodakı gömrükçü xanımlar bu qədər narahat olmazdılar. Bu, onların üzündəki qorxu və stressdə öz əksini tapır. İkincisi, sosial media istifadəçiləri komitənin zarafatını uğursuz hesab edirlər. Yəni türklər demiş  - "eşşek şakası"na oxşayır. Xanımları başqa cür də təbrik etmək olardı, daha orijinal ideya mümkün idi. Amma Gömrük Komitəsi xanımlara bir şok yaşadır, onlar anlayır ki, hansısa qanunsuzluq ediblər, içlərində böyük həyəcan yaşayırlar, sonda isə təbrik mesajı alırlar.
Belə ki, komitənin Daxili Təhlükəsizlik İdarəsinin kişi əməkdaşları qadınların çalışdığı otaqlara daxil olub, aparılmış xidməti araşdırmanın nəticəsini elan ediblər. İlk anda qadınlar elə başa düşür ki, onlar cəzalandırılacaqlar. Sonda məlum olur ki, qadınları təbrik edirlər. Qadınların üz ifadələrindən görünür ki, onlar çox ciddi narahat olurlar. Komitənin qadın əməkdaşlara belə stresli təbriki tənqid edilib. Bir sözlə, komitə "qaş düzəltdiyi yerdə göz çıxarıb". Eyni zamanda, dediyimiz kimi, həm uğursuz zarafat edilib, həm idarədə hansısa qanun pozuntusu olduğu həmin qorxuda özünü ehtiva edir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar