Yeni istifadəyə verilmiş tuneldə ağır yol qəzası baş verib
Bu gecə Bakı şəhərinin Nərimanov rayonunda baş vermiş ağır yol qəzasında dünyasını dəyişən sürücünün şəxsiyyəti məlum olub. Müzəffər Nərimanov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsindəki yeni istifadəyə verilmiş tuneldə "Toyota Land Cruiser" markalı avtomobilin qəzaya uğraması nəticəsində ölən şəxsin 1961-ci il təvəllüdlü Məmmədov Sabir Məmmədəli oğlu olması məlum olub. O, özəl şirkətlərdən birində çalışırmış və avtomobil də həmin şirkətə məxsus olub.
APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində, Müzəffər Nərimanov küçəsində baş verib. "Toyota Land Cruiser" markalı, H 018 100 dövlət nömrə nişanlı avtomobilin dairəyə çırpılması nəticsəndə sürücü hadisə yerində dünyasını dəyişib.
İlkin məlumata görə, "Toyota Land Cruiser" markalı avtomobil "Şəfa" stadionunun yaxınlığında yeni istifadəyə verilən tunellə hərəkət edib və sürətlə Müzəffər Nərimanov küçəsinə çıxıb. Sürücü qaranlıq yolda dairəni görməyib və maşının beton dairəyə çırpıb. Hələlik şəxsiyyəti məlum olmayan sürücü sükan arxasında dünyasını dəyişib. Hadisə şahidləri maşının döşəməsinə düşən sürücünün meyitini çıxarıblar.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır, sürücünün şəxsiyyəti dəqiqləşdirilir.