Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qadının alt paltarından narkotik çıxdı - Bakıda

22-10-2014, 12:46   


Qadın alt paltarında həbsdə olan tanışına narkotik gətirmək istəyərkən saxlanılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən Axar.az-a verilən məlumata görə, 2 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb.

Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 181.1.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Orxan Ağasəf oğlu Səfərəliyevin yanına qısamüddətli görüşə gəlmiş qohumu Tamara Kamil qızı Əzizovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan paketlərdə 100 ədəd dərman həbi – metodon, 3,882 qram narkotik maddə - heroin və 4,480 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar