Əsəd rejimi İŞİD-in ələ keçirdiyi təyyarələri məhv edib.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Suriya İnformasiya naziri Ümran əl Zubin çıxış edib.
Onun sözlərinə görə təyyarələr Suriya Hərbi Hava Qüvvələrinin hücumundan sonra məhv edilib.
Qeyd edək ki, ötən həftə Suriya İnsan haqları təşkilatının direktoru Rami Əbdülrəhman Səddam Hüseyn dövründə zabit olan bəzi şəxslərin İŞİD döyüşçülərinə təyyarələri idarə etməklə bağlı təlimlər keçdiyini açıqlamışdı.