Leyla Əliyeva - Bir də sənin xətrinə dəymərəm...
Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini təqdim edib. "Bir də sənin xətrinə dəymərəm...”adlı şeiri oxucuların ixtiyarına veririk.
(Янебудутебябольшеобижать...)
Vaxt görən hara uçdu...
Amma yaman tez uçdu.
Qar yağdı, boran gəldi –
qapıda yenə qışdı...
Ruhum sıxıldı yaman,
qəlbimə çökdü duman.
Yaydan güc alan ruhum,
qışa düşdü... üşüdü...
Bağdakı qönçələr də,
büzüşdülər - açmırlar;
Xəzərin qumsalları,
bərq vurub sayrışmırlar.
O kəslər ki, tənhadır,
Elə tək də qalacaq -
Şaxta sinələrini,
Qəm-qüssəylə yaxacaq...
Qəlbim, niyə donmusan?..
axı ürəyi saran
buzu necə isidim? –
Söylə, necə əridim?
Deyəsən sən özün də
heç bunu istəmirsən.
Buza dönmüş ruhuna,
qışı doğma bilirsən...
Ax... Bu zaman, görəsən,
hara belə tez uçdu?
Haray çəkdim bir "Dayan!”..
Əqrəb altını vurdu...
Yol zülmətə büründü...
Günəşdən nur istədim,
batdı...
pərtliyim güldü...
Əlim çatsaydı Günə,
gizlədərdim ovcumda –
Heç vaxt şər qarışmazdı;
Həmişə gözlərimdə
göz yaşı, qüssə görən
Gecə qonaq gəlməzdi...
Gəl, sən məni bağışla,
Ürəyim, bircəciyim.
Bir də sənin xətrinə
dəymərəm, söz veririm..!
Lap dünya dağılsa da,
Səndən uzaq düşmərəm...
Fəqət, bilməm nə edim,
Nə qədər çalışsam da
Səni anlamıram mən...
Səni anlamıram mən...