Azərbaycanda saxta şampun məhsulları bazarda at oynadır.
ən çox saxta mallar şampun bazarındadır. Bu məhsulları bazara istehsalçıları buraxır. Bununla bəzən orijinal malın qiymətini qaldırmağa müvəffəq olurlar. Nəticədə bazarda imitasiya etməklə rəqabət mühiti yaradılır.
Məlumata görə, Azərbaycan bazarında “Procter Gamble”, “Nivea”, “Wash and go” və s. brend şampunların saxta məhsulları satışdadır. Bu biznes mafiyasının arxasında isə dayanan qüvvələr var. Hətta bu qüvvələr arasında Səudiyyə Ərəbistanı ilə ticarət əlaqələri olan dini kəsim də dayanır. Onlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və başqa yerlərdən saxta şampun məhsullarının ölkəyə idxalında iştirak edirlər.
Məlumatlara görə, onlar ucuz, keyfiyyətsiz mobil telefonların da gətirilməsini təmin edirlər. Hüquq mühafizə orqanlarının sistemli reydlərinə baxmayaraq, həmin dini kəsimin biznes şəbəkəsi genişlənməkdədir.