“Təəssüf edirəm, amma III Dünya Savaşı başlayacaq”

18-11-2014, 10:51   


Üçüncü Dünya Müharibəsi Ukraynaya görə baş verəcək.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski çıxış edib.

O, Ukraynanın 1914-cü ildə Serbiyanın oynadığı rolu oynayacağını bildirib:

“Serbiyanın Avstriya-Macarıstana qarşı hərəkətləri Birinci Dünya Müharibəsinə gətirib çıxartdı. Bu gün o, təkrar olunur. Ukrayna öz hərəkətləri ilə Avropanı Üçüncü Dünya Savaşına aparır. Təəssüf ki, həmin müharibə olacaq. Ukraynanın qonşuluğunda olan dövlətlər yaranmış vəziyyətdən istifadə edib ölkəni parçalayacaqlar. Polyaklar Lvov, Rovno, Luçk, İvano-Frankovsk və Ternopolu özünə götürəcək. Macarlar Zakarpatiyanı, rumınlar isə Çernovçı və Bukovinanı geri qaytaracaqlar”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.