ABŞ-ın başçılıq etdiyi koalisiya güclərinə aid qırıcılar Suriyanın Tel-Abyad şəhərində İŞİD terror təşkilatının əlindəki neftayırma zavodunu bombalayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, aviazərbələr nəticəsində ən azı 30 nəfər ölüb.
Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatının səlahiyyətlisi Rami Abdulrahman ölənlərin həm İŞİD üzvləri, həm də zavodda çalışanların olduğunu söyləyib.
Birləşmiş Millətlər Təşkilatının ötən ilin sonunda açıqladığı bir hesabata görə, terror təşkilatı neft istehsalından bir gündə 846 mindən 1,6 milyon dollara qədər pul qazanır.
Ömər Dağlı