Rusiya Müdafiə Nazirliyi Suriyada terrorçulara məxsus hədəflərin bombardman edilməsini əks etdirən yeni görüntüləri yayıb. Axar.az xəbər verir ki, nazirliyin məlumatına görə, ölkənin şimal-qərbində yerləşən İdlib vilayətinin Cisr-əş-Şuqur şəhərində İŞİD terrorçularına məxsus hədəflər məhv edilib. Qeyd edək ki, hava hücumlarının aparıldığı bölgə Türkiyə ilə sərhəddən 20 kilometr məsafədə yerləşir.