Maliyyə naziri «qara pulların» iqtisadiyyata yönəldiləcəyinə inanmır
Hökumət nümayəndələri maliyyə amnistiyasının tətbiqini Azərbaycanda real saymır. Maliyyə aministiayası dünya ölkələrinin bəzilərində adətən iqtisadiyyatın maliyyə çatışmazlığı ilə üzləşdiyi dövrlərdə atdığı addımdır. Bu addımı isə əsasən yeni bazar iqtisadiyyatına keçən ölkələr atır. Prosesin mahiyyəti ondan ibarətdir ki, dövlət vətəndaşlardan əldə etdikləri gəlirin mənbəyini soruşmur. Dövlətlərin bu vasitəyə əl atmaqda məqsədi öz vətəndaşlarının xaricdə, ofşor zonalarda olan kapitalını ölkəyə gətirməsinə, ölkədə olan pulun isə xaricə çıxarılmasının qarşısını almağa nail olmaqdır. Məsələn, qonşuÿRusiyaÿmaliyyə amnistiyasına qərar verib.
Uzun müddətdir bu mövzu Azərbaycanda da müzakirə olunur. Hətta bu barədə qanun layihəsi hazırlandığı da bildirilirdi. Amma maliyyə naziriÿSamir Şərifovÿbu təcrübənin ölkəmizdə işləyəcəyinə şübhə ilə yanaşır. O inanmır ki, Azərbaycanda kimsə öz qeyri-leqal pullarını göstərsin.ÿ
Maliyyə naziri bildirir ki, Azərbaycan bir il bundan əvvəl çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair beynəlxaq konvensiyaya qoşulub. Konvensiyanın tələblərinə uyğun olaraq da üzərinə bir çox öhdəliklər götürüb. Konvensiyada müəyyən olunmuş müddəaları aşan şəxslər və ya təşkilatlara qarşıÿMərkəzi Bankınÿnəzdindəki maliyyə monitorinqi xidməti sanksiyalar tətbiq edirÿ(ANS).
Bəs, azərbaycanlı oliqarxlar nəyə görə, öz vəsaitlərini açıqlamaqdan, xaricdəki kapitallarını ölkəyə gətirməkdən yayınırlar?
Məhəmməd Talıblı: “Maliyyə amnistiyası üçün əlverişli biznes mühiti, normal investisiya iqlimi olmalıdır”
mehemmed_yeni
Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, amnistiyanın şərtləri dəqiq və şəffaf olmasa, həmin siyasəti həyata keçirmək mümkün olmayacaq. Ona görə, ilk olaraq onun zərurəti, hədəfləri və nəticələrini ölçə bilən mexanizm hazırlanamalıdır: “Pula ehtiyac həmişə var. Amma amnistiya elə həyata keçirilməlidir ki, ölkədə boş qalmış qənaət invetisiyaya çevrilsin. Onun investisiyaya transformasiyası üçün əlverişli biznes mühiti və normal investisiya iqlimi olmalıdır.
Amnistiyanın şərtləri təkcə potensial investorun yox, dövlətin maraqlarının balanslaşdırılmasını nəzərdə tutur. Mən indiki şərtlər altında maliyyə amnistiyasını səmərəli zaman kəsiyi kimi qiymətləndirmirəm”.
Qadir Ibrahimli: “Heç kəs inanmır ki, onun Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayənin təhlükəsizliyi qorunacaq”
qadir-ibrahimli
Iqtisadçı Qadir Ibrahimli də hesab edir ki, Azərbaycanda hazırkı şərtlər çərçivəsində maliyyə amnistiyası mümkün deyil. Q.Ibrahimlinin sözlərinə görə, bunun bir neçə səbəbi var: “Iri oliqarxlar qazandıqları qeyri-leqal pulların hamısını ailə şirkətləri vasitəsilə leqallaşdırıblar. Deməli, bu vəsait ailə şirkətləri vasitəsilə leqallaşdırılıbsa, əlavə maliyya amnistiyası verilməsinə ehtiyac yoxdur. Iri oliqarxın leqallaşdırdığı pullar artıq leqal şəkildə Azərbaycanın biznes mühitinə müdaxilə edə bilir”.
Ölkənin üzləşdiyi maliyyə problemlərinin həlli üçün maliyyə amnistiyasının elan olunmasına gəlincə, Q.Ibrahimli vurğuladı ki, bu problemlərin həlli üçün maliyyə amnistiyasına deyil, kapitalın sərbəst hərəkətinə və təhlükəsizliyinə zəmanət verilməlidir. “Heç kəs inanmır ki, onun Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayənin təhlükəsizliyi qorunacaq, heç bir oliqarx gəlib ona sahib çıxmayacaq. Bu problem həllini taparsa, digərləri də çözüləcək”, deyə Q.Ibrahimli vurğuladı.