“Hərbi birliklərimizi hazırladıq. Qırx səkkiz saat içində Türkiyədə yerləşdirə bilərik”.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika İttifaqının (NATO) baş katibi Yens Stoltenberq bildirib.
“NATO-da ən böyük ikinci orduya sahib Türkiyə son dərəcə güclü müttəfiqimizdir. Hərbi birliklərimizi 48 saat ərzində Türkiyədə yerləşdirə bilərik. Müttəfiqlər NATO-ya güvənsinlər”, - NATO-nun rəhbəri deyib.
Yens Stoltenberq qeyd edib ki, “Patriot” hava hücumundan müdafiə sistemlərinin Türkiyədə yerləşdirilməsi ilə əlaqədar müzakirələr davam edir. “Patriot”larla bağlı bəzi çətinliklər var”, - o söyləyib.