Bu gün Nardaranda baş vermiş silahlı insident zamanı həlak olmuş iki polis əməkdaşının cəsədi DİN-in hospitalına aparılıb.
Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub.
Əməliyyat zamanı öldürülmüş islamçıların cəsədləri isə Respublika Mərkəzi Məhkəmə-Tibb Ekspertiza İdarəsinə aparılıb. Onlardan yalnız ikisinin adı məlumdur - Abbas Hüseyn və Fərahim Zeynalabdinoğlu.
DİN və Baş Prokurorluğun mətbuat xidmətləri əməliyyat zamanı həlak olmuş polis əməkdaşlarının adını açıqlamaqdan imtina etdilər. Yalnız onu bildirdilər ki, hər iki polis əməkdaşı öz xidməti vəzifələrini yerinə yetirərkən həlak olublar.
Virtualaz.org