Qəsəbəyə avtobuslarla polislər və zirehli texnika aparılıb.
Bu gün səhər saatlarından etibarən hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.
Məlumata görə, Nardaranda sakinləri kənd istiqamətinə gedən avtomobil yolunu bağlamağa cəhd edibilər. Onlar Nardaran hadisələri zamanı ölən qəsəbə sakinlərinin meyitlərinin qaytarılmasını tələb ediblər.
Hadisə yerinə paytaxtın bir sıra polis idarələrinin əməkdaşları, eləcə də zirehli texnika cəlb olunub. (ans)