"Deputat mandatı Naqif Həmzəyevdən alınsın"- Elman Nigaran

1-12-2015, 21:16   

Mərhum Heydər Əliyev Türkiyəyə səfəri zamanı Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib, ona olan ehtiramını nümayiş etdirib. Hər zaman çıxışlarında Rəsulzadənin 18-ci ildə fədakarlığından bəhs edən şirin söhbətlərlə diqqətləri özünə cəlb edib. Allah hər iki dahi lideri rəhmət eləsin. AMİN..

Lakin bəzi ağzıgerçəklər düşünmədən tariximizi inkar edir, həqiqətə uyğun olmayan mülahizələr və çəfəngahlar söyləyir. Tarixi danmaq, onu saxtalaşdırmaq millətə və tariximizə xəyanət olaraq hər zaman nifrətlə qarşılanar. Bu gün ölkə mətbuatını zəbt edən mövzü məhz Gəncədən seçilmiş deputat Naqif Həmzəyevin Məhəmməd Əmin Rəsulzadə haqda dediyi sözlər oldu.

Bəli, bu mövzü sosial şəbəkədə olduqca qəzzəblə qarşılandı. Məhəmməd Əmin Rəsulzadəni danmaq, onu tanımamaq sıravi bir vətəndaşın mövqeyi olsaydı təbii ki, bir o qədər cəmiyyətdə fikir ayrılığı yaratmazdı. Deputat Naqif Həmzəyevin özünəməxsüs formada açıqlaması əslində özünün tərcümeyi halı olduğuna işarədir.

Söz yox ki, bəlkədə N. Həmzəyev tənqidi qəbul etmir. Amma bir əlimi vicdanımın üzərinə, bir əlimi Quranın üzərinə qoyub Naqif Həmzəyevə bir sualım var. Siz də eyni ilə mənim kimi and içərkən deyə bilərsinizmi, Gəncəlilər sizə səs verib? Sizi deputat görmək istəyiblər? Cənab Həmzəyev, Quran media orqanı deyil ki, zarafat edəsən. Və yaxud jurnalsitlər önündə “quşlayıb” sönrada sözünü danasınız.

Ötən həftə Gənçə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev haqqında tənqidi yazılara üstünlük verdik. Əlbətdə ki, buda səbəbsiz deyildi. İcra başçısı Yevlax avtovaqzal ilə üz-üzə yaşayış binası "SİRUS" maqazinin yaxınlığında (N.Nərimanov küç.) iş icraçısını küçə söyüşləri ilə təhqir edərək, ona fiziki zor göstərib. Əraziyə toplaşanların üzərinə hüçüm edən E. Vəliyev “ Nə toplaşmısınız, sizin var-yoxunuzu……” deməklə özünü sübüt etmədimi? Və yaxud Naqif Həmzəyevə təklif etdiyim formada bir əlini vicdanın üzərinə, bir əlini Quranın üzərinə qoyub and içə bilərmi, yazdıqlarımız şər və böhtandır?

Bütün bunları ört-bastır etmək mütləq vacib idi. Öznün adı və rəhbər olduğu icra hakimiyyətinin məsül işçilərinin adı hallanmasın deyə qarşımıza keçmişini danan Naqif Həmzəyevi çıxartmağa qərar verdi. Nə üçün keçmişini danan? Çünki, Məmməd Əmin Rəsulzadəni tanımamaq keçmişini danmaq deməkdir. Heç zaman gələcəyimizə örnək ola bilməz.

Üstəlik utanmadan Gəncənin inkişafından ağızdolusu danışan N. Həmzəyev saytları məhkəmə ilə hədələdi. Fürsətdən istifadə edib Millət Vəkili Naqif Həmzəyevə suallarımı ünvanlamaqla yanaşı, eyni zamanda bir daha deputata səmimi olmağı tövsiyə edirəm. İnanmaq istərəm ki, suallarım tam səmimi cavablandırılacaq.

1: Çəncə ŞİH-nin başçısı Elmar Vəliyev sakinləri təhqir etdiyi üçün şəhər sakinlərin narazılığı əsasında hazırlanan məqaləyə siz nə üçün münasibət bildirirsiniz?

2: Siz Elmar Vəliyevin nümayindəsisiniz? Əgər etibarnamə yoxdursa siz qanunu kobud şəkildə pozduğunuz haqda məlumatınız varmı?

3: Millətin Vəkili olaraq xidmətləriniz barədə cəmiyyətə və mediaya hansı informasiyanı vermisiniz?

4: Məhəmməd Əmin Rəsulzadəni danmaq Azərbaycanlı olmadığına işarə deyilmi?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar