120 ilədək ömür uzadacaq dərmanın istifadəyə verilməsi üçün ən azı 5 il gözləmək lazımdır
ABŞ və İsveç alimləri şəkərli diabetə qarşı dərman hazırlayarkən “qocalmanı gecikdirən” dərman hazırlayıblar. ABŞ-ın Qida və Dərman Administrasiyası tərəfindən bu dərmanın insanların üzərində tətbiq edilməsinə icazə verilib.
Dərmanın tərkibi qocalmanı gecikdirən metaformin maddəsindən ibarətdir. Bu maddə hüceyrələrin daha çox oksigen qəbul etməsinə şərait yaradır. Hüceyrələr uzun müddət “gənc” qalır. Heyvanlar üzərində sınaqdan keçirilən bu maddənin ömrü 40% uzatdığı bildirilib. Əgər maddənin tətbiqi uğurlu alınsa, insanlar 70 yaşında 50 yaşındakı kimi görünəcəklər. 110, hətta 120 il yaşamaq mümkün olacaq.
İnsanların üzərində aparılan sınaqların tamamlanması və dərmanın istifadəyə verilməsi üçün ən azı 5 il gözləmək lazımdır.