Taleh Bağırov barəsində 4 aylıq həbs qərarı verildi

2-12-2015, 17:31   
Taleh Bağırov barəsində 4 aylıq həbs qərarı verildi
Bu gün Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apelyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Report-un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda T.Bağırovun apellyasiya şikayəti təmin edilməyib.

Güclü təhlükəsizlik tədbirlərinin görüldüyü prosesdə T.Bağırov özü də iştirak edib.

Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar