Nardaranda silahı olan 30 nəfər siyahıya alınıb.
Bunu musavat.com-un Nardaranda olan reportyoruna kənd sakinləri deyiblər.
Əldə etdiyimiz məlumata görə, siyahıda olanların evlərinə baxış keçirilib. Lakin silahların tapılıb-tapılmaması haqda məlumat yoxdur.
Əməliyyat barədə rəsmi məlumat da verilmir. Daxili Qoşunlar kənddə qərargah qurub. Kəndin giriş və çıxışları polislər tərəfindən nəzarətdə saxlanılır.
Kənd ağsaqqalı Natiq Kərimov da musavat.com-a açıqlamasında belə bir siyahının olduğunu təsdiqləyib.
Hazırda kənddə xeyli sayda şəxs saxlanılıb. Onların bəzilərinin evindən silah tapıldığı deyilir.
Xatırladaq ki, dekabrın 1-də Nardaranda Daxili Qoşunlar, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi birgə əməliyyat keçirib. İki gündür kəndə giriş-çıxış məhdudlaşdırılıb.
İlkin Muradov
Musavat.com