Ölkədə, xüsusən də paytaxt Bakıda bütün ticarət və iaşə obyektlərində, insanların sıxlıq təşkil etdiyi yerlərdə mühafizənin gücləndirilməsi vacibdir. Mühafizənin gücləndirilməsi vacib olan əsas məkanlar, əsasən, Bakıda fəaliyyət göstərən iri ticarət obyektləridir. Bu gün paytaxtda əhalinin daha çox alış-veriş etdiyi iri ticarət obyektləri onlarladır. Azərbaycanın qonşuluğunda Ermənistan kimi terrorçu ölkə olmasını da nəzərə alsaq, bu cür obyektlər hər an terrorçuların hədəfinə çevrilə bilər. Əhalinin sıxlıq təşkil etdiyi yerlər, ticarət və iaşə obyektləri bu cür təhlükələrdən qorunmaq üçün ciddi mühafizə olunmalıdır. Bəs, görəsən, bu cür obyektlərdə mühafizə hansı səviyyədədir?
anaxeber.info-ın bu sualını özəl mühafizə xidmətinin rəisi Elmar Nurəliyev cavablanırır:
"Paytaxtda yerləşən ticarət mərkəzlərinin hər birində mühafizə xidməti fəalliyyət göstərir. Bununla yanaşı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindəndə nəzarətdə olur. Lakin yenədə terror hadisəsindən sığortalanmışıq. Restoranlarda, ticarət mərkəzlərində və digər insanların sıxlıq təşkil etdiyi yerlərdə mühafizədə çalışan əməkdaşlar hamısı xüsusi, yüksək səviyyədə kurs və təlim keçmış mühafizəçilər olmalıdır. Ticarət mərkəzinə insanlar alış-veriş etmək və dincəlmək üçün gəlirlər. Mühaziçi bu üzdən çox məsuliyyətli və diqqətli olmalıdır. Girib-çıxan hər bir vətəndaşı nəzərində saxlamalıdır. Ticarət obyektinə gələn insanlar 3 kateqoriyaya bölünürlər:
1-cisi sırf alış-verişə gələnlər...
2-cisi boş vaxtını keçirənlər...
3-cüsü isə şirkətdən gələn işçilərdir...
Mühafizəçi bu sadalanan kateqoriyaların hamısını üzdən tanımalıdır. Bundan əlavə ticarət mərkəzinə girən şübhəli şəxsi anında başa düşməlidir və digər yuxarı mərtəbələrə dərhal xəbər verib o, insanın bütün hərəkətlərinə diqqət yetirilməlidir. Hər-hansı bir problem yaranarsa, dərhal adiyyatı üzrə hüquq mühafizə orqanları bu işə cəlb olunur. Mühafizə xidməti ticarət və iaşə obyektlərini növbəlilik sistemi ilə mühafizə edir və müştərilərin təhlükəsizliyini maksimum qorumağa çalışır."