Tale Bağırzadənin istintaqa ilkin ifadəsində şok məlumatlar - Sensasion açıqlamalar!

3-12-2015, 16:53   
Tale Bağırzadənin istintaqa ilkin ifadəsində şok məlumatlar - Sensasion açıqlamalar!
Özəl mənbələrdən mediaxeber.com saytına daxil olmuş məlumatlara görə T.Bağırzadə artıq istintaqla əməkdaşlığa başlamış, insidentin bəzi təfərrüatlarını açıqlamışdır. T.Bağırzadə istintaqa verdiyi ilkin ifadəsində şəhid olan polislərlə bağlı təəssüfləndiyini qeyd etməklə silahlı şəxslərin olmasını etiraf etmiş, lakin bunların onun iradəsindən asılı olmayaraq hazırlandığını və baş verdiyini bildirmişdir. O, silahlı qarşıdurmanın tərəfdarı olmadığını, silahlı şəxslərlə, onların kimliyi ilə bağlı çox az məlumatlı olduğunu, silahlı şəxslərin əsasən Nardaran camaatının içərisindən seçildiyini və bunun sırf Əbülfəz Bünyadov tərəfindən təşkil edildiyini bildirmişdir. İnsidentin məhz Ə.Bünyadov və yerli Nardaran sakinlərinin günahı ucbatından bu həddə çatdığını istintaqa ilkin ifadəsində vurğulamışdır.
İfadəsinin davamında bildirmişdir ki, Bünyadovlar ailəsinin üzvlərinin ona dediklərinə görə silahlı şəxslər Əbülfəz tərəfindən kənardan gətizdirilərək evin içərisində yerləşdirilmişdir.
Xatırladaq ki, 2015-ci il noyabrın 26-da dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə yaradılan "Müsəlman birliyi" adlı hərəkatın üzvlərinin tutulması üçün Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirmiş, 2 əməkdaş qəhrəmancasına həlak olmuşdur.
Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar