Ötən gecə yağan intensiv yağışlar nəticəsində Bakının Nərimanov rayonunda yollarda suyun səviyyəsi xeyli qalxıb.
Virtualaz.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə, hərəkət məhdudlaşıb və vətəndaşlar avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıb.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobillərdən 5 vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.