Yanan platformada onlarla neftçinn itkin düşdüyü bildirilir VIDEO

5-12-2015, 15:02   

SOCAR-ın Xəzərdəki “Günəşli” yatağının yanan platformasında həyəcanlı və dramatik vəziyyət davam edir.

Virtualaz.org saytı xəbər verir ki, platformada yanğın zamanı nə qədər neftçinin olduğuna dair ziddiyətli mlumatlar var.

SOCAR-dan yayılan rəsmi məlumata əsasən hadisə zamanı platformada cəmi 42 neftçi olub. Onlardan neçə nəfərinin xilas edildiyi haqda hələ də dəqiq məlumatlar yoxdur.

Report.az saytı yanğınla bağlı yaradılmış fövqəladə qərargaha istinadən indiyədək cəmi 2 neftçinin xilas edildiyini və gəmiyə mindirildiyini xəbər verir.

APA agentliyi xilas edilənlərin sayının 7 nəfər olduğunu xəbər verir.

“Trend” agentliyinin məlumatında isə 5 nəfərin xilas edilməsi haqda danışılır. 10-cu platformadakı qalan neftçilərin taleyi barədə isə heç bir məlumat yoxdur.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı facebook səhifəsində bildirib ki, onun aldığı məlumata görə, qəza zamanı 10-cu blokda 84 nəfər olub: “3 nəfər yaşayış blokunda sağdır. 36 nəfərlik xilasetmə qayığı cırılıb. Oradan yalnız 4 nəfəri xilas edə biliblər. 32 nəfər isə itkin düşüb. İkinci qayıqda 46 nəfər var. Qayıq hələ də sallaq vəziyyətdə svaylara çırpıla-çırpıla qalıb”.



Xilasetmə əməliyyatında iştirak edənlərdən birinin yaxını isə virtualaz.org saytına bildirib ki, yanğın zamanı platformada cəmi 2 rezin qayıq olub. Onların hərəsi maksimum 10 nəfər götürə bilir.

Lakin xilas olmağa çalışan neftçilər qayıqlara miniblər və bu zaman içərisində 36 nəfər olan qayıqlardan biri ağırlığa dözməyərək partlayıb. Həmin qayıqdan cəmi 4 nəfəri xilas etmək mümkün olub. Qalanların taleyi barədə məluma yoxdur. Onlar itkin düşmüş hesab edilir.

Mənbə onu da bildirib ki, yaralananlar və xilas edilənlər gəmilərlə Zığ limanına gətirilir. Platformada yanğın hələ də şiddətlə davam etdiyi üçün gəmilər ora yaxınlaşa bilmir, habelə dənizdə küləyin hələ də güclü olması üzündən vertolyotlardan istifadə çətindir.

Virtualaz.org

[media=https://www.youtube.com/watch?v=bpx1TPKkWKI]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar