Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həbs olunmasına dair yayılan məlumatlar təsdiqini tapmır.
Virtualaz.org saytı hüquq-mühafizə orqanlarından öyrənə bilib ki, onun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) dindirilməsi davam edir.
Beynəlxalq Bankın milyardlarla manatlıq qaytarılmayan kreditləri işi üzrə istintaq çərçivəsində C.Hacıyev az qala hər gün “Bandotdel”də ifadə verir.
Mənbə bildirib ki, o, növbəti dəfə noyabrın 4-də ifadə vermək üçün “Bandotdel”ə aparılıb, ancaq hələ həbs olunmayıb. Mənbə istintaq proseslərinin C.Hacıyevin həbsi ilə nəticələnəcəyini istisna etmir.
Virtualaz.org