“Sarkisyan kreslosunu itirməmək üçün Qarabağda müharibə edəcək” - ŞOK PROQNOZ

5-12-2015, 19:38   

Qarabağda yerləşdirilən ermənilər yeni müharibədən qorxur. Publika.az xəbər verir ki, bu haqda Rusiyanın “Korrespondent” nəşri yazıb.

Nəşr qeyd edir ki, son dövrlər münaqişə yenidən oyanmağa başlayıb: “ATƏT-in əlaqələndirmə qrupunun məlumatına görə, vəziyyət qızışır və tərəflər bir-birinin mövqeyinə ağır silahlardan atəş açır. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının zəbt olunması ilə başlayan münaqişədə atəşkəsin pozulması haqda məlumatlar tez-tez ortaya çıxırdı, lakin hazırda tərəflərin müharibə ritorikası da eşidilir”.

“Qarabağda müharibə münaqişəyə diqqət ayrılmaması üçün alovlana bilər”

Nəşr yazır ki, dünyanın indiki vəziyyəti də Qarabağ müharibəsinin yenidən başlamasına imkan yaradır.

“Münaqişənin sülh yolu ilə həll olunması mövqeyindən çıxış edən ABŞ, Rusiya və Avropa Birliyinin özü soyuq müharibə vəziyyətindədirlər. Əgər əvvəllər ekspertlər Dağlıq Qarabağ münaqişəsində böyük dövlətlərin razılaşa biləcəyini hesab edirdilərsə, görünür, indiki vəziyyət bunu demək çətindir. Bundan başqa, beynəlxalq münasibətlər sistemi dağılır və yeni müharibələr baş verir. Postsovet məkanında dondurulmuş münaqişələrin alovlanması təhlükəsi var. ABŞ və Avropa Birliyi terrorla mübarizə apardığı üçün Dağlıq Qarabağ münaqişəsinə diqqət ayıra bilmirlər. Hətta Rusiyanın da diqqəti buradan yayınıb. Ekspertlər hesab edir ki, Qarabağda müharibə məhz münaqişəyə lazımi diqqətin ayrılmaması üçün alovlana bilər”.

“Sarkisyan kreslosunu itirməmək üçün Qarabağda müharibəyə başlaya bilər”

“American Foreign Policy” mərkəzinin analitiki Stiven Blanset deyir ki, münaqişənin uzun müddət davam etməsində əsas baiskar Rusiyadır. Onun sözlərinə görə, münaqişə hər iki ölkənin inkişafını tormozlayır.

“İndiyə qədər atəşkəs xırda pozuntularla stabil olaraq qalırdı. Lakin ötən il vəziyyət dəyişdi”, - deyə o bildirib.

Analitik qeyd edib ki, Ermənistanda Serj Sarkisyanın prezidentliyinin ikinci müddəti başa çatır: “hazırki iqtidar hakimiyyətdə qalmaq istəyir. Bunu etmək çətin olacaq, çünki onlara qarşı ciddi meydan etirazı var. Bu il minlərlə erməni elektrik enerjisinin bahalaşmasına görə ciddi aksiya keçirdi. Sarkisyan kreslosunu itirməmək üçün Avropa Birliyinə üz döndərərək, öz siyasətini Rusiyaya tərəf çevirdi. Lakin yenə də onun kreslosu laxlamaqdadır. Buna görə də o milləti öz ətrafında birləşdirmək üçün yenə Dağlıq Qarabağ kartından istifadə edir. O, hakimiyyətini itirməmək üçün tam miqyaslı müharibəyə başlaya bilər”.

Xırda hadisə belə müharibəyə start verə bilər

Dünyada baş verən son hadisələrdən sonra Dağlıq Qarabağ münaqişəsində dialoqun tormozlandığına diqqət çəkən “Korrespondent” qeyd edir ki, ekspertlər xırda hadisələrin belə müharibənin başlamasına səbəb ola biləcəyini deyirlər.

Qaynar.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar