SOCAR “Günəşli” neft yatağının qəza baş vermiş 10-cu platformasından 32 nəfərin xilas edildiyini, 1 nəfərin həlak olduğunu, daha 30 neftçinin taleyindən isə məlumat olmadığını bəyan edib.
“Reuters” agentliyi isə fərqli məlumat yayıb.
Virtualaz.org saytı xəbər verir ki, agentlik qəza anında “Günəşli” platformasında 84 neftçinin olduğunu bildirib.
“Adının çəkilməsini istəməyən neftçilərdən biri agentliyin müxbirinə telefonla bildirib ki, platformadakı 84 neftçi oradan çıxa bilmir” - deyə “Reuters” bildirir.
Agentlik qəza zamanı 32 nəfərin həlak olduğunu da xatırladır.
Virtualaz.org