Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi

6-12-2015, 10:45   
Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Günəşli” yatağında baş verən yanğın səbəindən yaşanan çoxsaylı insan itkisi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Ərdoğanın həmkarı İlham Əliyevə göndərdiyi başsağlığı məktubunda baş verən qəzada 30 nəfərdən çox işçinin vəfat etməsi xəbərini kədərlə aldığını qeyd edib. “Baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına öz adımdan və Türkiyə xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Türkiyə bu çətin anlarda hər zaman olduğu kimi Azərbaycan dövləti və xalqına lazımı köməyi göstərməyə hazırdır”, – deyə Ərdoğanın başsağlığı məktubunda bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar