Qarabağda döyüşlər: erməni əsgəri yaralandı

6-12-2015, 22:43   
Qarabağda döyüşlər: erməni əsgəri yaralandı
Bu gün Qarabağ cəbhəsindəki yenə atışma olub və bir erməni hərbçisi yaralanıb.

Virtualaz.org saytı xəbər verir ki, məlumatı yayan erməni KİV-ləri Azərbaycan ordusunun düşməni minaatanlardan atəşə tutması barədə məlumat yayıb.

İnformasiyaya görə, atışma nəticəsində erməni ordusunun 20 yaşlı əsgəri Varazdat Xaçaturyan yaralanıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün məlumat yayaraq atəşkəs rejiminin 105 dəfə pozulduğunu, bu zaman qumbaraatan və minaatanlardan istifadə olunduğunu bildirib. Azərbaycan tərəfi isə buna cavab olaraq düşmənə 110 cavab zərbəsi endirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar