VASİF TALIBOV GENERALIN XANIMINI NİYƏ İŞDƏN ÇIXARIB? - Müəmma

8-12-2015, 19:37   

Naxçıvan Tibb Kollecinin direktoru İlhamə Rafiqqızı Mustafayeva vəzifəsindən azad olunub.

“Report”un məlumatına görə, bununla bağlı sərəncamı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.

İlhamə Rafiqqızı Mustafayeva Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin həyat yoldaşıdır. V.Talıbovun generalın həyat yoldaşını hansı səbəbdən vəzifəsindən azad etdiyi məlum deyil. Lakin ehtimal olunur ki, bu, İ.Mustafayevanın işindəki nöqsanlarla bağlı deyil. Bu ehtimal Azərbaycan reallığında ciddi qəbul oluna bilməz. Nöqsana görə generalın, digər yüksək rütbəli məmurun yaxını yalnız o halda işdən çıxarılır ki, həmin generalın, məmurun özünün dayaqları laxlayır. Kərəm Mustafayevlə bağlı hansısa problem haqda isə heç bir məlumat yoxdur. Əksinə, deyilənə görə bu generalı Vasif Talıbovla həm də dostluq münasibətləri bağlayır.

AzPolitika.info-ya verilən məlumata görə, son vaxtlar MR-in təhsil və səhiyyə sistemində əsaslı yoxlamalar başlayıb. Naxçıvan Tibb Kollecinin rəhbərliyindəki dəyişikliyin bu yoxlamalarla əlaqəsinin olub-olmadığını demək çətindir.

V.Nəsibov
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar