Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov saxlanılıb.
Bu barədə məlumatı musavat.com-un Nardaranda olan reportyoruna kənd sakinləri veriblər.
N.Kərimov saat 12 radələrində saxlanılıb. O, kənddn çıxarkən polis postunda saxlanılıb. Onun hara aparılması ilə bağlı dəqiq məlumat yoxdur.
Polis postundan da məlumatı təsdiqləyiblər.
***
Nardaran sakini Natiq Kərimovun saxlanılmasının səbəbləri məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, N. Kərimov Nardaran hadisələri ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa aparılıb.
İlkin Muradov
Musavat.com