Dollar bahalaşdı

11-12-2015, 11:27   
Dollar bahalaşdı

Bu gün dekabrın 10-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

APA-nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 11-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 10-u ilə müqayisədə 0,0003 manat və ya 0,03% artaraq 1,0495 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası dünənki kəskin artımdan sonra bu gün 0,0069 manat və ya 0,6% ucuzlaşaraq 1,1478 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,66% artaraq 0,0152 manat səviyyəsində qərarlaşıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar