Rusiya turistlərini Qarabağa göndərir - TƏXRİBAT

16-12-2015, 20:49   

Moskva Türkiyə-Rusiya böhranından sonra yaranmış turizm probleminin həllini “tapıb”. Hər yay istirahət üçün Türkiyəyə üz tutan rus turistlər üçün alternativ variantlar təqdim olunur.

Publika.az xəbər verir ki, alternativlərdən biri Arktikadır. Bu, qış turizmi üçün təklif olunur. Yay turizmi üçün isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi təklif edilir. Artıq Rusiya KİV-də Dağlıq Qarabağın turizm potensialı haqda məlumatlar yayılmaqdadır.

Misal üçün, “politrus” saytı “Özün üçün Dağlıq Qarabağı kəşf et” başlıqlı yazıda qeyd olunur ki, bura Qafqazın İsveçrəsi adlandırılır.

“Təkrarolunmaz dağ relyefi və gözəl təbiəti var. Dağlardan coşqu ilə axan çaylar, meşələr, sirli mağaralar, mənzərəli göllər. Bura valehedici və fantastikdir”, - deyə məqalədə bildirilir.

Daha sonra əlavə edilir ki, Dağlıq Qarabağda ekskursiya marşrutları üçün gözəl imkanlar var: “Bura Rusiya turistləri üçün böyük maliyyə və viza tələb olunmayan əsl səyahət etməli regiondur”.

Kristina Borodina adlı müəllifin yazdığı məqalədə ermənilər tərəfindən mənimsənilən Azərbaycan abidələri bir-bir təqdim olunur, turistlərə bu abidələrə baş çəkmək məsləhət edilir.

Bununla yanaşı, Azərbaycan mətbəxinə aid dolma, lavaş, kabab, xaş kimi yeməklər ermənilərin milli yeməkləri kimi təqdim edilir. Məqalədə həmçinin, Dağlıq Qarabağ haqda ayrıca “respublika” fikri aşılanır.

Asif Nərimanlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar