İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın Mosul vilayətinin Başika qəsəbəsində yerləşən türk əsgərlərinə hücum edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilk məlumatlara görə, biri ağır olmaqla 4 türk əsgəri yaralanıb.
Daha 2 mülki şəxsin həyatını itirdiyi, 5 nəfərin isə yaralandığı bildirilir. İŞİD döyüşçülərinə türk topçu birliyi cavab verib.
Digər bir məlumata görə, İŞİD bölgədə sünni güclərə aid bir qərargahı bombalayıb. Hücumda 2 nəfər həyatını itirib, 6-sı yaralanıb.
Ömər Dağlı