Ya 50 faiz bahasına alırsan, ya da satış yoxdur
Manatın dollar qarşısnda dəyər itirməsindən sonra Paytaxtın bir çox iri alış-veriş mərkəzlərində, dükanlarda satış dayandırılıb. Dünən gün ərzində müxtəlif yerlərdə belə hallara rast gəlinirdisə, bu gün iri alış-veriş mərkəzləri daxil olmaqla, demək olar ki bütün xrda dükanlar da satışı dayandırıb. Hazırda insanlar gündəlik ehtiyaclarını qarşılamaq üçün açıq dükan və market axtarışındadır. Bu səbəbdən iri alış-veriş mərkəzlərinin qarşısında izdiham yaşanır. Hətta vətəndaşlar üçün çörək tapmaq belə müşkülə çevrilib. Bəzi marketlər isə işləsə də, məhsulları 50 faiz bahasına təklif edir.