Ermənistanın sosial şəbəkələrində və mətbuatda Qazaxıstandan Türkiyəyə silah satılmasına dair xəbərlər yayılıb. Maraqlısı odur ki, bu əməliyyatda erməni şirkətinin adı hallandırılır. Məlumatda qeyd olunur ki, Türkiyəyə silah tədarükünü silah alveri ilə məşğul olan erməni biznesmen həyata keçirir.Əməliyyatda həmçinin, Ermənistanın Müdafiə Nazirliyinin yüksək rütbəli şəxslərinin də adı xatırlanır. Məlumatda bildirilir ki, silahlar Qazaxıstandan alınır və bunun üçün xüsusi şirkət yaradılıb.
Məqalə müəllifləri qeyd ediblər ki, onlara bu barədə sənədlər təqdim edilib.
Erməni mətbuatında yayılan bu məlumatlara Qazaxıstandan da cavab verilib. "Sputnik Armeniya”nın sorğusuna cavab olaraq ölkənin Sənaye və İnfrastrukur İnkişafı Nazirliyindən bildirilib ki, yerli şirkətin Türkiyəyə silah tədarükünə aidiyyatı yoxdur:
“Mətbuatda fotoları yayılan sertifikatlar bu iddianın həqiqi olduğunu sübut etməyə kifayət deyil. Ölkədə hərbi münaqişələrin alovlanmasına təsir edəcək bütün risklər bərabərləşdirmək üçün xüsusi ixrac nəzarəti sistemi var”.XəzərCebhe.info