Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yeni il ərəfəsində əfv sərəncamı imzalana bilərmi? - Komissiya üzvündən AÇIQLAMA

27-11-2023, 17:15   


Yeni il ərəfəsində əfv sərəncamı imzalana bilərmi? - Komissiya üzvündən AÇIQLAMA


Azərbaycanın əlamətdar günlərində bir qayda olaraq ölkə Prezidenti İlham Əliyev əfv sərəncamları imzalayır.

Ənənə halını alan bu addımlar nəticəsində minlərlə məhbus azadlığa buraxılıb, yaxud cəzası azaldılıb.

Sonuncu əfv sərəncamı ötən il mayın 27-də olub və sərəncama əsasən, 801 nəfər məhkum əfv edilib. Prezidentin bu qərarı beynəlxalq təşkilatlar tərəfindən təqdir olunub.

Qarşıdan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il gəlir. Müxtəlif illərdə bu əlamətdar tarixdə dövlət başçısı əfv sərəncamları imzalayıb.

Bu il də bu addım atıla bilərmi?

Cebhe.info-nun bununla bağlı sualını cavablandıran Prezident yanında Əfv Məsələləri Komissiyasının üzv, Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, ilin sonu üçün əfv qərarı nəzərdə tutulmur:

“Əfv adətən martda Novruz Bayramı ərəfəsində olur. Prezidenti yanında Əfv Məsələləri Komissiyası da işinə yanvarda başlayır”.

Ləman İsmayıl
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar