“Nemtsov Kremlin sifarişi ilə qətlə yetirilib”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov öz Feysbuk səhifəsində çıxış edib.
O, Rusiya müxalifətinin liderinin öldürülməsində Kadırov və FSB-nin əlinin olduğunu bildirib:
“Rusiya müxalifətinin lideri, demokrat və Putin administrasiyasının kabusu, əsl vətənpərvər Nemtsov Boris Yefimoviç Kremlin sifarişi ilə qətlə yetirildi. Putin administrasiyasının işi tez bir halda nəzarətə götürməsi işin arxasında özlərinin olduğunu açıq şəkildə büruzə verir. Belə bir məsəl var, öldürən qaçar, sifariş verən hadisə yerinə gələr. Rusiya Daxili İşlər nazirinin həmin dəqiqə hadisə yerinə gəlməsi və Putinin təcili reaksiya verməsi bu məsələdə bəzi məqamları ortaya çıxarır. Qətli törədən şəxs ya Qafqaz əsilli Kadırovun killeri, ya da ki FSB-yə bağlı hər hansı bir millətçinin olma ehtimalı yüksəkdir”.
Qeyd edək ki, dünən Rusiya müxalifətinin məşhur lideri Boris Nemtsov qətlə yetirilib. Onun qətlindən sonra Kreml Nemtsovun qətlinin sifariş olduğunu və ara qarışdırmağa xidmət etdiyini bildirmişdi.