Nazir oğlunun milyonluq toyu - VİDEO - FOTO

28-02-2015, 23:14   

[media=https://www.youtube.com/watch?v=hyXU6W1Ef94]
Dünyaca məşhur dizaynerlər Kamaləddin Heydərovun oğlunun toy zalını bəzəyir

Azərbaycanın Fövqəladə Hallar Naziri Kamaləddin Heydərov kiçik oğlu Nicatın toyu baş tutacaq "Buta palace"-ı güllərlə bəzəmək üçün Birləşmiş Ərəb Əmirliklərindən floristlər dəvət edib. JAM.AZ "LuxLife"a istinadən xəbər verir ki, Dubayda fəaliyyət göstərən "Crochet Florist" şirkətinin əməkdaşları artıq iki gündür ki, Bakıdadırlar. Onlar "Kempinsky Badamdar" otelində qalırlar. Artıq iki gündür ki, onlar toyun keçiriləcəyi "Buta palace"da hazırlıq işləri görürlər.

Məkanın bəzədilməsi üçün xarici ölkələrdən məxsusi çiçəklər gətirilib.

Xatırladaq ki, Bu gün Azərbaycanın fövqəladə hallar naziri Kamaləddin Heydərov kiçik oğlu Nicat Heydərovun toyudur. Toy mərasimi axşam saatlarında "Buta Palace"də baş tutacaq.

Toy mərasimində yüksək dövlət vəzifələri tutan şəxslərin də iştirak edəcəyi deyilir. Bu səbəbdən də Sarayda yüksək mühafizə tədbirləri görülüb.

Xatırladaq ki, biznes fəaliyyəti ilə məşğul olan Nicat Heydərov London İqtisadiyyat Məktəbində təhsil alıb. Hazırda “United Enterprises International” şirkətlər qrupunun sədr müavini, həm də bu holdinqin əsas səhmdarlarından biridir.

Nicat Heydərov bundan əvvəl Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızı ilə nişanlı olub. Lakin münasibətləri alınmadığı üçün ayrılıblar. Nicatın indi ailə qurduğu qız isə onun özünün sevib-seçdiyi xanımdır.

Onu da bildirək ki, Kamaləddin Heydərovun böyük oğlu Tale Heydərov da sevib-seçdiyi xanımla ailə qurub. Onun həyat yoldaşı müxalif meylləri ilə tanınan bir rəssamın qızıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar